Xəbər lenti

Maqazin 13:20 20.04.2026

"Mənə sevgisini deməmişdi” - Əməkdar artistdən illər sonra diqqətçəkən açıqlama

"Zamanında məni bütün Azərbaycan sevib".

Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Firuzə İbadova aktyor Rəhman Rəhmanovun illər əvvəl ona elçi düşməsi ilə bağlı etirafına münasibət bildirərkən deyib.

Müğənni qeyd edib ki, hər bir insanın həyatında bu cür hadisələr olur:

"Həyatdır, mən ürəklərə girib baxa bilmərəm. Ola bilər belə bir şey olub. Amma düzünü deyim, mənə qarşı sevgisinin olduğunu deməmişdi. İnsan həyatında elə dərin izlər olur ki..."

Firuzə İbadova əlavə edib ki, hazırda həyatından razıdır:

"Şükür bu günümə, xoşbəxtəm, hər şey yolunda gedir. Əsas odur ki, dünyamız sakit olsun və insanlar salamat yaşasın".

Xatırladaq ki, Əməkdar artist Rəhman Rəhmanov müğənni Firuzə İbadova ilə bağlı etiraf edib. O, bildirib ki, illər əvvəl sənətçiyə elçi düşüb: 

"69 yaşımda etiraf edim? Gecdir... O vaxt Firuzə İbrahimovanı bəyənirdim, istədim onu. 16-17 yaşı var idi. Mənim də eyni. İstəyirdim, gedib-gəlirdim, razılaşmadı. İndi deyir ki, bilsəydim Kukla Teatrında işləyəcəksən, razılaşardım".

Bahar Rüstəmli
--> -->