İdman 14:15 27.03.2024

Messi millini niyə tərk etmək istəyirdi? - "Tənqidlər məni maraqlandırmır"

Argentinalı superulduz Lionel Messi "Barselona"dakı karyerasından danışıb.

Qaynarinfo-nun məlumatına görə, qatıldığı bir podkasta açıqlamasında futbolçu "Barsa”dan ayrılmağı planlaşdırmadığını və PSJ-yə keçdikdən sonra ilk vaxtlarda çətinlik çəkdiyini bildirib. O, DÇ-202-də çempion olmayacaqları təqdirdə millini tərk edəcəyini bildirib. Karyerasını MLS komandası "İnter Mayami”də davam etdirən Messi qatıldığı podkastda karyerası ilə bağlı maraqlı açıqlamalar verib.

Argentinalı ulduz "Barselona"dan PSJ-yə keçid prosesinə toxunarkən, "PSJ-yə gedəndə "Barselona”da qalmağı planlaşdırdığım üçün dəyişiklik çətin idi. Ayrılmağa hazır deyildim və hər şey çox tez oldu. Başqa liqa, başqa klub. Bu, heç istəmədiyimiz bir dəyişiklik idi və əvvəlcə çətin idi” - sözlərini söyləyib.

Tənqidlərin ona təsir etmədiyini deyən Messi, "Futbolla bağlı tənqidlər mənə təsir etmir. Onların nə dedikləri məni maraqlandırmır. Nə qədər hörmətli tənqid olsa, o qədər mənim üçün yaxşıdır” - deyə bildirib. 

DÇ-2022-də Argentina millisi ilə çempionluq yaşayan hücumçu, "Səudiyyə Ərəbistanı matçı istisna olmaqla, turnirdən həzz aldım. Finalda Fransaya qalib gəldik və çox yaxşı oldu. Çempion olmasaydım, yəqin ki, millidən ayrılacaqdım” - sözlərini söyləyib.

Keçən yay "İnter Mayami” ilə müqavilə imzalayan futbolçu bu il beş matçda meydana çıxıb. Argentinalı ulduz bu matçlarda beş qola iki məhsuldar ötürməyə imza atıb. 

Səbuhi Həsənov