Xəbər lenti

İdman 12:42 01.10.2023

Messi və Bekhem "Real"ın oyunçusunu "İnter Mayami"yə aparmaq istəyir

"İnter Mayami"nin hücumçusu Lionel Messi və klubun sahibi Devid Bekhem "Real Madrid"in yarımmüdafiəçisi Luka Modriçin karyerasını MLS-də davam etdirməsini istəyir. 

Qaynarifno xəbər verir ki, bu barədə keçmiş ispaniyalı hücumçu Predraq Miyatoviç sosial şəbəkədə məlumat verib.

"Modriç MLS-də? O, bu liqada bir çox komandalardan təklif alıb - xüsusən də Messi şəxsən onunla maraqlanırdı. Luka artıq Devid Bekhemlə görüşüb və onlar birlikdə nahar ediblər. Ona Səudiyyə Ərəbistanından təklif var idi, lakin Luka hələlik Madriddə qalmaq istəyir”, deyə Miyatoviç yazıb.

Modriç 13-cü ildir ki, "Real Madrid"də çıxış edir. Ötən mövsüm xorvatiyalı futbolçu İspaniya klubunun heyətində bütün yarışlarda 51 oyun keçirib. Yarımmüdafiəçinin "Real Madrid"lə müqaviləsi gələn mövsümün sonuna kimidir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->