Xəbər lenti

İdman 18:23 15.08.2023

Messi və Bekhemin şəklini çəkməyə cəhd edən şəxs restoranda döyüldü (FOTO)

"İnter Mayami"nin hücumçusu Lionel Messinin ailəsi və klubun sahibi Devid Bekhemlə getdiyi restoranda qonaq döyülüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Mənbənin sözlərinə görə, restoranın mühafizəsi müəssisəyə gələn şəxsi döyüb. Zərərçəkənin özü bildirib ki, mühafizəçilər onun Messi və Bekhemin şəklini çəkmək istəməsindən şübhələndikləri üçün aqressiya nümayiş etdiriblər. Onun sözlərinə görə, əvvəlcə onu itələyib, sonra isə döyüblər. Messi və ailəsi binadan arxa qapıdan çıxarılıb.

"Üstümüzə cumdular, məni qovdular və üzümə yumruq vurdular. Yalnız Bekhem və ya Messi ilə deyil, ailəsi ilə şəkil çəkdirməyə çalışdığına görə...", deyə zərərçəkmiş bildirib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->