ABŞ-ın "İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi "Barselona"ya qayıdacaq.
Qaynarinfo xəbər verir ki, bu iddia ilə Messinin PSJ-dən "İnter Mayami"yə transferi haqda ilk xəbəru yayan argentinalı jurnalist Aleks Kandal çıxış edib.
Jurnalistin sözlərinə görə, Messi təmirdən çıxmış "Kamp Nou" stadionunda oynamayana qədər karyerasını bitirmək fikrində deyil. Forvardın 2025 MLS mövsümü başa çatdıqdan sonra bir neçə ay müddətinə Kataloniya klubuna icarə əsasında keçəcəyi gözlənilir.
Qeyd edək ki, Messi "Barselona"nın yetirməsidir. O, 2003-2021-ci illərdə əsas komandada çıxış edib. Bu müddət ərzində 835 oyun keçirib, 709 qol vurub. Messi "Barselona" ilə dörd dəfə Çempionlar Liqasının, Argentina ilə 2022 Dünya Kubokunun, iki dəfə Amerika Kubokunun qalibi olub və səkkiz dəfə "Qızıl top"u qazanıb.
2021-ci ildə argentinalı Fransanın PSJ, 2023-cü ilin yayında isə ABŞ-ın "İnter Mayami" klubuna keçib.
Aydın
Şərhlər