Xəbər lenti

İdman 15:34 26.03.2024

Messinin dəyəri 5 milyon avro azaldı

"Transfermarkt" portalı oyunçuların dəyərini yeniləyib.

Qaynarinfo xəbər verir ki, ABŞ-ın "İnter Mayami" klubunda çıxış edən Lionel Messinin dəyəri 5 milyon avro azalıb. Hazırda argentinalı hücumçunun 30 milyon avro qiyməti var.

Dəyərin azalmasına baxmayaraq, "İnter Mayami"də oynayan Messi Amerika Liqası MLS-də ən bahalı oyunçu olaraq qalır. MLS-in ən bahalı futbolçuları siyahısında ikinci yeri Messinin həmyerlisi, "Atlanta Yunayted"də çıxış edən Tiaqo Almada (27 milyon avro) tutur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->