İtaliya nəhəngi "Milan" baş məşqçisi Stefano Pioli ilə müqaviləni yenilədiyini açıqlayıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, Pioli ilə müqavilə 2025-ci ilə qədər uzadılıb.
Klubun açıqlamasında, "2021-22 mövsümdə A Seriyasında gedən çətin yola birlikdə başlayan "Milan" və Stefano, klubun tarixini və dəyərlərini əks etdirən bu iddialı layihə üzərində işləməyə davam edəcəklər" - ifadələrinə yer verilib.
57 yaşlı italyan məşqçi 2019-cu ildən "Milan"ı çalışdırır. O, rəhbərlik etdiyi komandanı 11 illik fasilədən sonra ötən mövsüm çempionluğa daşıyıb.
Səbuhi Həsənov
Şərhlər