"Milan"ın baş məşqçisi Stefano Pioli xoşagəlməz halla üzləşib.
Qaynarinfo xəbər verir ki, ötən gün İtaliya A Seriyasının çempionu olan Milan klubunun çalışdırıcısının qızıl medalı oğurlanıb. O, bu haqda özü açıqlama verib.
56 yaşlı məşqçi matçdan sonra verdiyi açıqlamada bu sözləri deyib: "Çempionluq medalım oğurlandı. Kimsə onu boynumdan qoparıb aldı. Qaytarsalar, çox şad olardım. Çünki o yeganə medalım idi"
Karyerasında məşqçi kimi ilk çempionluğunu qazanan Pioli A Seriyasında da mövsümün məşqçisi seçilib.
Səbuhi Həsənov
Şərhlər