Xəbər lenti

İdman 11:30 01.11.2023

"Milan"ın əfsanəsi kluba məşqçi kimi qayıda bilər

"Milan”ın və İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç İtaliya klubuna məşqçi kimi qayıda bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Corriere della Sera” nəşri məlumat yayıb.

İndi İbrahimoviç "Milan"ın sahibi Qerri Kardinalenin təklifini nəzərdən keçirir. İsveçli karyerasını bitirdikdən sonra nə etmək istədiyinə hələ qərar verməyib.

İbrahimoviç 2023-cü ilin yayında karyerasını bitirib. Onun son klubu İtaliya çempionluğunu qazandığı "Milan" olub. Veteran futbolçu həmçinin Niderland, İspaniya və Fransa çempionu olub.

İsveçli futbolçu "Ayaks", "Barselona", "Yuventus", "İnter", PSJ, "Mançester Yunayted" və "Los Anceles Qalaksi" klublarında çıxışı ilə tanınır. Forvard İsveç millisində 122 oyun keçirib, 62 qol vurub və 25 məhsuldar ötürmə edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->