XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Minlərlə kilometr yol qət edib: Dünyanın ən iri timsahları vaxtilə turist cənnətində yaşayırmış
Dünya11:55 06.06.2026

Minlərlə kilometr yol qət edib: Dünyanın ən iri timsahları vaxtilə turist cənnətində yaşayırmış

Alman alimləri müəyyən ediblər ki, Seyşel adalarında əslində Nil timsahları deyil, başqa bir növ yaşayıb. 
Qaynarinfo xəbər verur ki, bu barədə "Zielona INTERIA” yazır.
Qeyd olunur ki, Seyşel adaları Afrika materikindən təxminən 1600 km uzaqda yerləşir. Lakin onlar Afrika qitəsinin geoloji hissəsi sayılır və tarixən burada timsahların mövcudluğu Afrika növləri ilə əlaqələndirilirdi.
Nil timsahları Afrikanın bir çox bölgələrində geniş yayılıb. Qərbi Afrikada isə onların yerini daha kiçik olan və tropik bölgələrdə yaşayan qısa burunlu timsah kimi növlər tutur.
Hazırda Seyşel adalarında timsahlar yoxdur — onlar XIX əsrin əvvəlində tamamilə nəsli kəsilib. Bu yoxolma adaların 1756-cı ildə fransızlar tərəfindən koloniyalaşdırılmasından təxminən 50 il sonra baş verib.
Mənbələrə görə, XVI əsrdə Seyşel adalarına gələn portuqaliyalılar burada timsahların olduğunu qeyd ediblər. Uzun müddət onların Nil timsahları olduğu düşünülürdü.
Lakin yeni genetik tədqiqatlar göstərib ki, Seyşel adalarında əslində daraqlı timsahlar (Crocodylus porosus) yaşayıb. Almaniya Təbiət Elmləri Dövlət Kolleksiyalarının (Staatliche Naturwissenschaftliche Sammlungen Bayerns) açıqlamasına görə, bu populyasiya həmin növün ən qərb yayılma arealı olub.
Bu nəticə əvvəllər yalnız xarici xüsusiyyətlərə əsaslanan fərziyyələri də təsdiqləyib.
Maraqlıdır ki, daraqlı timsahların əsas yayılma ərazisi Cənubi Asiya, Yeni Qvineya və Şimali Avstraliya olsa da, Seyşel adalarına qədər təxminən 3000 km okean məsafəsi qət etdikləri düşünülür.
Alimlər bildirirlər ki, bu, növün ümumi yayılma arealının 12 min kilometrdən çox məsafəni əhatə etməsi deməkdir.
Aydın