İdman 22:28 29.03.2023

Modriç karyerasını harada davam etdirəcəyini açıqladı

"Real"ın xorvatiyalı ulduzu Luka Modriç karyerasını harda davam etdirəcəyi ilə bağlı açıqlama verib. 

Qaynarinfo-nun məlumatına görə, Madrid təmsilçisinin ikonasına çevrilən Modriç 37 yaşı olmasına baxmayaraq, hələ də komandanın və Xorvatiya yığmasının liderlərindən hesab olunur. 

Xarici KİV-də yer alan məlumatına görə, Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün peşəkar liqalarında böyük səs-küy yaratmağa çalışır. Bu məqsədlə liqaya gətirmək istədikləri iki futbolçu var - Kərim Benzema və Luka Modriç.

Modriçin mövsümün sonunda "Real"la müqaviləsinin sona çatacaq. Bu səbəbdən futbolçunun karyerası ilə bağlı bəzi söz-söhbətlər gəzirdi. İddialara görə, xorvatiyalı yarımmüdafiəçiyə Səudiyyə Ərəbistanı Pro Liqasında iki il oynaması üçün 60 milyon dollar təklif olunub. "El Mundo & Diario AS"ın məlumatına görə, Kərim Benzema və Luka Modriç mövsümün sonunda klub seçməkdə sərbəst olacaqlar.

Lakin Xorvatiyanın Türkiyə ilə oyunundan sonra danışan yarışmmüdafiəçi bu söz-söhbətlərə son qoyub: "Səudiyyə Ərəbistanına transfer? Mən bilirəm ki, mətbuat həmişə xəbər yazmalıdır, amma dəfələrlə eyni şeyi demişəm. Bir daha deyirəm ki, "Real"da qalmaq istəyirəm. Mən karyeramı bu klubda bitirmək istəyirəm. Bu əla olardı, baxacağıq".

Səbuhi Həsənov