Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub.
Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu ofisində güllələnib.
Onun hazırda xəstəxanada reanimasiyada olduğu bildirilir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Şərhlər