Video 15:14 03.06.2019

Murad Arifdən yeni hit: "Mənə sən lazımsan" (VİDEO)

Tanınmış müğənni və bəstəkar Murad Arif bu yay sevənlərinin qarşısına xoş surprizlə çıxacaq. 

"Mənə sən lazımsan" adlı mahnını ilk dəfə Şimali Kiprdə Respublika Günü ilə bağlı tədbirdə səsləndirən müğənni 7news.az-a özəl açıqlamasında bildirib ki, ilk dəfə başqa bəstəkardan mahnı alıb:

"Həyatımda ilk dəfədir ki, başqa bir müəllifdən özüm üçün mahnı alıram. Bildiyiniz kimi, indiyədək ancaq öz mahnılarımı oxumuşam. Bu dəfə bəstəkar Fərid Kərimli "Mənə sən lazımsan" adlı mahnını göndərəndə, ilk dinləmədən anladım ki, bu mahnını özümküləşdirə biləcəyəm. Sözlərini Həsən Babayevlə birgə yazdım. Aranjimanını isə "Oppalara" və "Tufan" mahnılarımı birgə işlədiyim Elvin İmanov etdi. Yaxın günlərdə bu mahnı bütün digital platformalarda, kliplə təqdim olunacaq. Hələliksə, yalnız ölkə radiolarında dinləmək mümkündür”.

Qeyd edək ki, Murad Arifin "Oppalara" mahnısı ötən ilin əsas hitinə çevrilmişdi.