Kiyev polisi müsəlmanların öldürülməsi haqqında zarafat edən stand-up komiki Anton Stenyuk barəsində başladılan cinayət işini bağlayıb. Hüquq-mühafizə orqanları bunu cinayət tərkibinin olmaması ilə izah edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "İnterfaks-Ukrayna”nın sorğusu əsasında Ukrayna Milli Polisinin Kiyev üzrə Baş İdarəsi məlumat
yayıb.
"Şevçenko Rayon Polis İdarəsinin istintaq şöbəsi, 1 oktyabr 2024-cü ildə Anton Stenyukun dini etiqadlarına görə vətəndaşların bərabər hüquqlarını pozduğu faktı ilə bağlı başlanmış cinayət işini araşdırıb. Bu iş, Ukrayna Cinayət Məcəlləsinin 161-ci maddəsinin 1-ci hissəsi (irqinə, milliyyətinə, dini etiqadına, əlilliyinə və digər əlamətlərə görə vətəndaşların bərabərliyinin pozulması) üzrə qeyd olunub”, – deyə hüquq-mühafizə orqanları bildiriblər.
Lakin 6 dekabr 2024-cü ildə cinayət işi Ukrayna Cinayət Məcəlləsinin 284-cü maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən, yəni cinayət tərkibinin olmaması səbəbindən bağlanıb.
Xatırladaq ki, oktyabr ayının sonunda Anton Stenyuk solo konsertində müsəlmanlarla bağlı zarafat etmişdi.
"Ovca bu müharibə absurddur. Mən başa düşə bilmirəm ki, dünyada bu qədər çox müsəlman olduğu halda bir pravoslav digərlərini necə öldürür. Mən demirəm ki, müsəlmanları öldürmək lazımdır, mən ağlabatan insanam və başa düşürəm ki, indi bunun vaxtı deyil. Hələ bu işlə yəhudilər məşğul olurlar”, – deyə komik çıxışında bildirmişdi.
Çıxışdan bir fraqment sosial şəbəkələrdə geniş yayılmış və istifadəçilərin qəzəbinə səbəb olmuşdu.
Qısa müddət sonra Məclis sədri və ombudsman reaksiya vermiş, ombudsman məsələni polisə çatdırmışdı.
Qalmaqalın ertəsi günü komik uğursuz zarafata görə üzr istəmiş və çıxışın həmin hissəsini sosial şəbəkələrdən silmişdi.
30 oktyabrda polis cinayət işi üzrə istintaqa başlamışdı.
Alpər
Şərhlər