Xəbər lenti

Natavan kliniki ölüm keçiribmiş…
Maqazin 09:15 20.07.2024

Natavan kliniki ölüm keçiribmiş…

Müğənni Natavan Həbibi kliniki ölüm keçirdiyini açıqlayıb.

Bu barədə sənətçi "Xəzər axşamı” verilişində danışıb.

O bildirib ki, əməliyyat zamanı narkoza görə problem yaşayıb:

"Narkozla bağlı qorxum var. Çünki əməliyyat olunanda anestezi fərqli təsir etmişdi. Ürəyim dayanmışdı. Kliniki ölüm keçirmişdim. Belə şeylərə bir az həssas yanaşıram ki, sağlamlıq gözəllikdən öndədir.  Sağlamlıqla bağlı şikayətlənməyi xoşlamıram. Bu yaxınlarda da əməliyyat olunmuşam, may ayında. Kor bağırsağın partlamasından üç gün keçmişdi, zəhər qana keçirdi. Narkoz çox vurulduğu üçün ürəyim dayanmışdı. Üç dəqiqə kliniki ölüm olmuşdu. Ölümdən sonra nə varsa, getdim onu gördüm. Bizi çox fərqli şeylər gözləyir”.//olay.az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->