Xəbər lenti

Natavan özünə biznes qurdu
phrase_var_qaynar. 14:25 02.01.2026

Natavan özünə biznes qurdu

"Səid bizə tez-tez gəlir, Zeydlə 5-6 gün bir yerdə qalırlar. Öz dövlətləri var, onlara qarışmırıq. Ailəsi də özəl günlərdə yanımızdadılar. Səid və oğlum dostdur. Hətta bağ evləri bizim yaxınımızdadır. demək olar ki, qonşuyuq".

Axşam.az xəbər verir ki, bu sözləri müğənni natavan Həbibi "Qonaqcanlı" verilişində deyib. Sənətçi keçmiş həyat yoldaşı, reper Dado (Səid Əliyev) haqqında danışıb. O bildirib ki, Dado oğluna görə tez-tez onlarda qalır. 

Natavan şəxsi biznesindən də bəhs edib. Sənətçi əsas gəlirinin toylar yox, biznesi olduğunu bildirib:

"Sənətdən qazanmağıma ümidim qalmayan ərəfədə biznes qurdum. Ailəyə mən baxıram. Ticarət işidir. Toylarım da olur, amma prodüserlər onu burmasa, mənə gəlib çatsa".

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->