Xəbər lenti

Nazirliklə iş adamı arasında qalmaqal: Sahibkar 11 min cərimələndi
Ekonomiks 14:18 21.10.2024

Nazirliklə iş adamı arasında qalmaqal: Sahibkar 11 min cərimələndi

Azərbaycanda məşhur iş adamı külli miqdarda cərimələnib. 

Qaynarinfo-nun məlumatına görə, Siyəzən rayonunun Zarat kəndi ərazisində yerləşən M.M.Z. Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) monitorinq aparılıb. 

Quşçuluq fəaliyyəti ilə məşğul olan müəssisədə yoxlama Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən həyata keçirilib. MMC-yə məxsus quşçuluq sexi tərəfindən ətraf mühitə axıdılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olması müəyyən edilib. 

Nazirliyin əməkdaşları monitorinq zamanı MMC-nin direktoru Yaşar Qasımovla telefon vasitəsi ilə əlaqə saxlayaraq, cəmiyyətin ərazisindən dənizə axıdılan suyun gözlə görünən qədər çirkab olduğunu bildirilib. Amma direktor həmin çirkab suların "Pirin altı" adlanan ərazidən axıdıldığını deyib. 

Quşçuluq cəmiyyətin direktoru Yaşar Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsi ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib. 

Məhkəmədə Yaşar Qasımovun vəkili çıxış edib. Bildirib ki, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 9 ay davam edən kompleks araşdırma aparması, həmçinin idarənin nümayəndəsinin ötən illərdə də monitorinq keçirmələrini bildirməsi şəxsi mülahizəyə söykənir. Belə ki, yoxlama sözügedən nazirliyin öz maraqlarına uyğun aparılıb. Bundan başqa, atılan zərərləri maddələrin inventarlaşdırılması, sanitar epidemioloji və bakterioloji amillər, cəmiyyətin nəzarətində olan bir nömrəli məsələlərdəndir. Cəmiyyət damazlıq quşların bəslənməsi ilə məşğul olduğu üçün bu məsələlərə Ekologiya və Təbii Sərvətlər və ya Fövqəladə Hallar Nazirliyinin nəzarəti əsasında deyil, öz maraqları naminə nəzarət edir. Çünki, cəmiyyət məsuliyyətsiz, sahibkarlıq fəaliyyətinə biganə müəssisə deyil, belə hallar sahibkarlıq fəaliyyətini riskə salır.

Məhkəmənin qərarı ilə cəmiyyətin direktoru Yaşar Qasımov İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və MMC 11000 manat cərimə edilib. 

Qeyd edək ki, Yaşar Qasımov uzun illər "Gəncə-Quşçuluq" Açıq Tipli Səhmdar Cəmiyyətinin direktoru olub. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->