Xəbər lenti

Ötən il Azərbaycanda bu xəstəliklərdən 12162 nəfər ölüb
Sağlamlıq 10:00 12.08.2025

Ötən il Azərbaycanda bu xəstəliklərdən 12162 nəfər ölüb

Ötən il ürəyin işemik xəstəliklərindən dünyasını dəyişən şəxslərin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Səhiyyə Nazirliyinin məlumatlarına əsasən 2024-cü ildə ölkə üzrə ürəyin işemik xəstəliklərindən ölənlərin sayı 12162 nəfər təşkil edib.

Qeyd edək ki, ürəyin işemik xəstəlikləri (İÜX) — ürəyə qan axınının zəifləməsi və ya tamamilə dayanması ilə xarakterizə olunan bir qrup xəstəlikdir.

Bu, ürək əzələsinin (miokardın) oksigenlə təminatının pozulması ilə nəticələnir. Əsas səbəb koronar arteriyaların daralması və ya tutulmasıdır.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->