Misli Premyer Liqasında bu gün II turun oyunlarına start veriləcək.
Qaynarinfo xəbər verir ki, günün ilk qarşılaşmasında "Neftçi" "İmişli"nin qonağı olacaq.
Şamaxı şəhər stadionunda baş tutacaq matçın start fiti saat 17:00-da səslənəcək.
İkinci görüşdə isə ölkə çempionu "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək. Oyun "Azərsun Arena"da, saat 19:30-da başlayacaq.
Misli Premyer Liqası
2025/26 mövsümü
I dövrə, II tur
22 avqust
17.00 İmişli - Neftçi
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu.
19.30 Qarabağ - Sumqayıt
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
"Azərsun Arena”.
Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 23, 24 və 25-də keçiriləcək.
Şərhlər