"Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası üzrə yeni tərkibinin təsdiq edilməsi haqqında” Sərəncama dəyişiklik edilib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyanın sədri dəyişib.
Azərbaycan tərəfdən komissiyanın sədri Baş nazirinin müavini Samir Şərifov olacaq.
Qeyd edək ki, bundan öncə komissiyanın sədri energetika naziri Pərviz Şahbazov olub.
Şərhlər