Xəbər lenti

Prezident Vahid Hacıyevi bu rayonlara xüsusi nümayəndə təyin etdi (SƏRƏNCAM)
Siyasət12:57 30.12.2022

Prezident Vahid Hacıyevi bu rayonlara xüsusi nümayəndə təyin etdi (SƏRƏNCAM)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vahid Rasim oğlu Hacıyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Qaynarinfo xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 30-da bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, V.Hacıyev bu il mayın 4-dən Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi idi.