Xəbər lenti

İdman 22:37 25.01.2025

"Qalatasaray" qələbə qazandı, liderliyini möhkəmləndirdi

Türkiyə Super Liqasında XXI turun oyunları keçirilir.

Qaynarinfo xəbər verir ki, bu gün lider "Qalatasaray” meydana çıxıb.

Komanda "Konyaspor”la qarşılaşıb. Görüşdə hesabı Viktor Osimhen açıb. Nigeriyalı forvard penaltini dəqiq yerinə yetirib.

"Sarı-qırmızılılar”ın yeni transferi Ahmet Kutucu da bu matçda debüt edib. O, sarı vərəqə ilə cəzalandırılıb.

Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Qalatasaray” bu qalibiyyətlə xallarının sayını 54-ə çatdıraraq, liderliyini davam etdirir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->