"Qarabağ"la "Kopenhagen" (Danimarka) arasında keçiriləcək Çempionlar Liqasının əsas mərhələsinin II oyunu üçün təyinatlar açıqlanıb.
Qaynarinfo xəbər verir ki, UEFA qarşılaşmanı türk əsilli niderlandlı FIFA referisi Serdar Gözübüyükə tapşırıb.
Yan xətt hakimləri Erwin Zeinstra ilə Patrick Inia, dördüncü hakim Jannick Van Der Laan olacaq.
VAR-da Rob Dieperin AVAR-da Jeroen Manschot əyləşəcəklər.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" oyunu oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək.
Şərhlər