Xəbər lenti

Rəhman Rəhmanov:
Maqazin 11:03 06.02.2023

Rəhman Rəhmanov: "Mənə qol çəkdiriblər, danışa bilmərəm”

Əməkdar artist Rəhman Rəhmanov ikinci həyat yoldaşından boşanması ilə bağlı məsələyə aydınlıq gətirib.
 
Aktyor Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu məsələ efirdə baş verib və efirdə də sona çatacaq:
 
"Fevralın 11-də bununla bağlı efirdə açıqlama olacaq. Mənə qol çəkdiriblər, ona görə də heç nə danışa bilmərəm. Hər şey yaxşıdır, gözəldir. İnsan həyatında nə  desən olar, hər şeyə hazırlıqlı olmalıyıq”. 

Qeyd edək ki, Əməkdar artist Rəhman Rəhmanov ARB-nin "Elgizlə izlə" verilişində 28 illik həyat yoldaşı Gülbiçə Rəhmanovadan boşandığını bildirib.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->