Ekonomiks 18:11 07.03.2024

Ruslan Əliyevin vəzifəsindən azad olunduğu deyilir

"Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyev vəzifəsindən azad edilib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

Ruslan Əliyevin səlahiyyətləri müavinlərindən birinə tapşırılıb.

"Azəriqaz"ın mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev Qaynarinfo-ya açıqlamasında onda belə bir məlumatın olmadığını bildirib.

Əhməd