Ekonomiks 14:08 22.09.2022

Sabah “Azəriqaz”da media və QHT nümayəndələri ilə növbəti görüş olacaq

Sabah saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin inzibati binasında növbəti "Açıq qapı” aksiyası başlayacaq.

Qaynarinfo-nun "Azəriqaz”a istinadən verdiyi məlumata görə, aksiya "Facebook" və "İnstagram" sosial şəbəkələri üzərindən canlı yayımlanacaq.

Vətəndaşların sualları da canlı yayım vasitəsilə hər iki sosial şəbəkə vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Suallar baş direktor Ruslan Əliyev tərəfindən cavablandırılacaq.