Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədovun sabiq müşaviri Şahin İbadovun şirkəti ləğv olunub.
	
Qaynarinfo-nun məlumatına görə, Şahin İbadovun baş direktor olduğu "Bakı Tikinti Konstruksiya" Açıq Səhimdar Cəmiyyəti ləğv olunduğunu elan edib.
	
Kreditorlar iki ay ərzində tələblərini AZ1000 Bakı şəhəri, Nərimanov rayonu, Dərnəgül s/zona, ev 507, mənzil 2096 ünvanına bildirə bilərlər.
	
 
Məlumat üçün bildirək ki, Bakı Tikinti Konstruksiyaları ASC 06.09.2002-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 205 092 manat, qanuni təmsilçisi Aslanlı Tural Əli oğludur.
	
Qeyd edək ki, sözügedən şirkətdə qanunsuzluqlarla bağlı Qaynarinfo-da dəfələrlə məlumatlar 
dərc edilib. Şahin İbadovun şirkətinin 98.66 faizi səhimləri oğlu Namiq İbadzadəyə məxsusdur.
 
	
Əhməd
 
             
            
Şərhlər