Xəbər lenti

Sarri
İdman 15:30 13.03.2024

Sarri "Latsio"dan istefa verdi

"Latsio"nun baş məşqçisi Maurisio Sarri postundan istefa verib.

Qaynarinfo-nun məlumatına görə, İtaliyan A Seriyasının 28-ci turunda baş tutan "Latsio" - "Udineze" matçından sonra mütəxəssis itefa ərizəsini rəhbərliyə təqdim edib. "Marca" nın xəbərinə görə , A seriyasında ardıcıl üçüncü məğlubiyyətini alan Roma klubunda Sarrini  müvəqqəti olaraq "Latsio"nun U-14 komandasının baş məşqçisi Tommaso Rokki əvəzləyəcək.

2021-ci ildən "Latsio”nu çalışdıran mütəxəssis ötən mövsüm komandasını ikinci yerə və Çempionlar Liqasına çıxarıb. Ancaq ÇL-də 1/8 final mərhələsinin ilk oyununda "Bavariya”ya 1:0 hesabı ilə qalib gəlsələr də, cavab görüşündə 0:3 hesablı məğlubiyyətə uğrayaraq turnirlə vidalaşıb.

Sarrinin rəhbərliyi altında "Latsio" bu mövsüm  keçirdiyi 39 matçda 16 məğlubiyyət alıb. A Seriyasında 12 qələbə, eyni sayda məğlubiyyət və dörd heç-heçə ilə "Latsio" doqquzuncu pillədə qərarlaşıb. Roma təmsilçisi keçirdiyi son beş matçda dörd məğlubiyyətlə üzləşib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->