İdman 18:05 10.10.2023

Səudiyyə Ərəbistanı Messi sevdasından əl çəkmir

Messi yayda "İnter Mayami"yə transfer olunub, lakin MLS-də mövsümünün erkən bitməsi səbəbindən dörd ay meydanlardan uzaq qalacaq. 

Qaynarinfo-nun məlumatına görə, Səudiyyə Ərəbistanının İctimai İnvestisiya Fondu Messini ölkəyə dəvət etmək istəyir. Onlar Messinin klublardan birinə icarəyə götürülməsinə hazırlaşır və artıq bu imkanlarla bağlı araşdırmalara başlayıb. 

Yayda PSJ-dən ayrılan superulduz PSJ-də "İnter Mayami” ilə müqavilə imzalayıb. Bununla belə, MLS-də 2023 mövsümü bu ayın sonunda başa çatır və gələn ilin fevralına qədər fasilə yaranacaq. Bu da 36 yaşlı Messinin dörd ay meydandan uzaq qalacağı anlamına gəlir. "Sky Sports”da yer alan xəbərlərə görə Messi bu fasilə ərzində ərəb klublarından birinə keçə bilər. Həmçinin "Barselona” da Messinin emosional bir dönüş üçün icarə transferində maraqlıdır. İddilara görə Devid Bekhemin komandası ilə hələlik bu barədə heç  bir müzakirə olunmayıb, ancaq "Barselona”nın ciddi şəkildə düşündüyü variantdır.

"İnter Mayami"nin baş məşqçisi Tata Martino Messinin "Barselona"ya qayıtması ilə bağlı açıqlamasında, "O, əylənəcəkmi? Ola bilsin, Barselonaya səfər etsin. Bu haqda başqa heç nə bilmirəm” - sözlərini söyləyib.

Argentinalı superulduz yayda dostu Neymarı heyətinə qatan "Al-Hilal”ın illik 350 milyon funt-sterlinq transfer təklifini rədd etmişdi. 

Səbuhi Həsənov