Xəbər lenti

Siyəzəndə qatar relsdən çıxdı, yük dağıldı (FOTO)
Foto 16:21 16.07.2024

Siyəzəndə qatar relsdən çıxdı, yük dağıldı (FOTO)

Rusiyadan Azərbaycana tikinti materialları daşıyan qatar Siyəzən rayonunun Zarat kəndi ərazisində relsdən çıxıb.

APA xəbər verir ki, qatarın 3 vaqonunun aşması nəticəsində tikinti materialları dağılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, yük sahiblərinə zərər dəyib. Hazırda fakt araşdırılır.

"Azərbaycan Dəmir Yolları" QSC-dən  bildirilib ki, bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb.

"Vaqonların yükü taxta materiallarından ibarət olub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzrərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbi araşdırılır", - deyə açıqlamada bildirilib.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->