Xəbər lenti

"Sumqayıt" panamalı futbolçunu transfer edə bilər
İdman05:14 22.07.2022

"Sumqayıt" panamalı futbolçunu transfer edə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışında olan "Sumqayıt" klubu baxışa yeni futbolçu çağırıb.
Qaynarinfo "Midiario" nəşrinə istinadən xəbər verir ki, panamalı Omar Valensiya "gənclik şəhəri" təmsilçisinin düşərgəsinə yollanıb.
20 yaşlı müdafiəçi bir həftə Premyer Liqa klubunda məşq etdikdən sonra onunla bağlı qərar veriləcək.
Qeyd edək ki, Omar Valensiya son olaraq ölkəsində "Plasa Amador”un formasını geyinib. "Sumqayıt" hazırlıq prosesindəki ilk matçında "Bandırmaspor”la 2:2 hesablı heç-heçə edib.