"Qarabağ"ın futbolçusu Emmanuel Addaiyə Türkiyə Super Liqasından maraq var.
Qaynarinfo "Bbnhaber"ə istinadən xəbər verir ki, qanalı yarımmüdafiəçini "Konyaspor" heyətinə cəlb edə bilər.
Xəbərdə bildirilib ki, yeni baş məşqçi Çağdaş Atan sol cinah üçün iki oyunçunu nəzərdən keçirir. Konya təmsilçisi ilk növbədə "Eyüpspor"dan Prins Ampemi heyətə cəlb etmək istəyir. Ampemin transferi baş tutmasa, "Konyaspor" diqqətini Azərbaycana yönəldəcək. Xəbərdə bildirilib ki, Avropadakı uğurlu çıxış ilə diqqətləri cəlb edən "Qarabağ"ın cinah oyunçusu "Konyaspor"un transfer siyahısındadır.
24 yaşlı Addai bu mövsüm "Qarabağ"da 28 oyuna çıxıb və 4 qolub. Onun Ağdam klubu ilə mövsümün sonuna qədər müqaviləsi var.
Şərhlər