Xəbər lenti

Super Liqanın püşkü atıldı: Derbi tarixləri açıqlandı
İdman11:48 11.07.2024

Super Liqanın püşkü atıldı: Derbi tarixləri açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futbol üzrə Türkiyə Super Liqasında yeni mövsümün püşkü atılıb.
Qaynarinfo xəbər verir ki, İstanbul təmsilçilərindən "Qalatasaray" və "Fənərbağça" I turun matçını evdə, "Beşiktaş" isə səfərdə keçirəcək. Onlar müvafiq olaraq "Adana Dəmirspor", "Hatayspor" və "Samsunspor"la qarşılaşacaqlar.
I turun oyunları:
Qalatasaray - Hatayspor
Fənərbağça - Adana Dəmirspor
Samsunspor - Beşiktaş
Sivasspor - Trabzonspor
Çaykur Rizəspor - Başakşəhər
Kasımpaşa - Konyaspor
Alanyaspor - Eyübspor
Antalyapor - Göztəpə
Bodrum - Qaziantep 
Mövsümdə 19 komanda mübarizə aparacaq. İlk turda "Kayserispor" istirahət edəcək.
2024/25 mövsümünün ilk turunun oyunları 9-10-11-12 avqustda keçiriləcək.Mövsümün ilkm yarıdı 20-21-22-23 dekabrdakı oyunlarla yekunlaşacaq. İkinci dövrənin ilk turu 2025-ci ilin 3-4-5-6 yanvarında keçiriləcək. Mövsümün son turunun qarşılaşmaları 1 iyun 2025-ci ildə baş tutacaq.
Artıq derbilərin baş tutacağı turlarda bəllidir:
V tur: Trabzonspor - Beşiktaş
VI tur: Fənərbağça - Qalatasaray
X tur: Qalatasaray - Beşiktaş
XI tur: Trabzonspor - Fənərbağça 
XV tur: Beşiktaş - Fənərbağça 
XVI tur: Trabzonspor - Qalatasaray
Aydın