Xəbər lenti

İdman 11:17 26.01.2024

TFF-dən İsrailə dəstək olan futbolçulara ağır cəza

TürkiyəFutbol Federasiyası (TFF) Peşəkar Futbol İntizam Şurası (PFDK) israilli futbolçular "Antalyaspor"dan Saqiv Jehzekel və "Başakşəhər"dən Eden Karzevə 8 oyunluq cəza verib. 

Qaynarinfo-nun məlumatına görə, komitənin belə qərar çıxarmasına səbəb israilli futbolçuların ötən həftə ölkələrinə Fələstin müharibəsi ilə bağlı dəstəkləri olub.
 
Daha doğrusu, 28 yaşlı futbolçu "Trabzonspor"la oyunda qol vurduqdan sonra biləyində İsrail - Qəzza müharibəsinə işarə olan "100 gün... 7 oktyabr” sözlərini göstərib.
 
"Başakşəhər"in futbolçusu Karzev də eyni addımı atıb. O "100 gün" sözlərini ehtiva edən bir yazıdan sitat gətirərək sosial media hesabında paylaşıb və İsrailin Qəzzaya hücumlarını dəstəkləyib. 

Bu səbəbdən hər iki futbolçu klublarından qovulub. Federasiyadan verilən açıqlamaya görə, "Antalyaspor” və "Başakşəhər”in futbolçularının hər biri "ideoloji təbliğat”a görə, 97 min 500 lirə məbləğində cərimələnib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->