XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Tottenhem" israilli futbolçunu transfer etdi
İdman07:14 12.07.2023

"Tottenhem" israilli futbolçunu transfer etdi

Premyer Liqa təmsilçisi "Tottenham" cinah oyunçusu Manor Solomonu heyətinə qatıb.
Qaynarinfo-nun məlumatına görə, bu barədə klubdan elan verilib. Donetsk "Şaxtyor"unun futbolçusu ilə beşillik müqavilə imzalanıb.
Ötən mövsümü icarə əsasında "Fulhem"də keçirən 23 yaşlı vinger 24 oyunda 5 qola imza atıb.
Paytaxt komandası yay transfer pəncərəsində Deyan Kuluşevski, Qielmo Visario və Ceyms Maddisonu rənglərinə bağlayıb.
Səbuhi Həsənov