2025/26 yay transfer mövsümü Türkiyə futbol tarixində görünməmiş hərəkətliliyə səhnə olub.
Qaynarinfo xəbər verir ki, yalnız son 48 saatda 4 böyük klub ümumilikdə 17 futbolçu ilə bağlı transfer açıqlaması verib. Bu müddətdə "Fənərbağça" 7 futbolçu ilə önə çıxıb, "Qalatasaray" 4, "Beşiktaş" və "Trabzonspor" isə 3 futbolçunu ya transfer edib, ya da heyətindən göndərib.
"Qalatasaray": Az transfer, çox pul
Süper Liqada transfer xərclərinin çempionu "Qalatasaray" olub. "Sarı-qırmızılı" klub yalnız 3 futbolçu üçün 133,2 milyon avro ödəyərək bir çox rekorda imza atıb.
Viktor Osimhen 75 milyon avro ilə Türkiyə futbol tarixinin ən bahalı transferi adını alıb. Vilfrid Sinqo 30,7 milyon avro ilə ikinci sırada yer alıb, "Trabzonspor"dan transfer edilən Uğurcan Çakır isə 27,5 milyon avro ilə ən bahalı qapıçı olub.
"Fənərbağça" 9 futbolçu ilə razılaşdı
"Fənərbağça" heyətinə qatdığı 9 futbolçudan 6-sı üçün ümumilikdə 73 milyon avro ödəyib. Kərəm Aktürkoğlu 22,5 milyon avro ilə ən bahalı transfer olub. Dorqeles Nene 18, Ederson 11, Arçi Braun 8, Marko Asensio 7,5, Milan Şkrinyar isə 6 milyon avroya alıb. Klub əlavə olaraq Edson Alvares üçün 2 milyon avro icarə haqqı ödəyəcək.
"Beşiktaş" daha mülayim hərəkət etdi
"Beşiktaş" transferlərə 20,4 milyon avro xərcləyib. Klub 8 milyon avroya Vilfrid Ndidi, 6 milyona Taylan Bulut, 2,9 milyona Rıdvan, 3,5 milyona Tiqo Djalo transfer edib. İcarəyə götürülən El Bilal Ture üçün 3, Abraham üçün isə 2 milyon avro veriləcək. David Yurasek bir illik pulsuz icarə ilə heyətə qatıldı. Orkun Kökçünün 25 milyon avroluq satınalma şərti isə gələn mövsümdən qüvvəyə minəcək.
"Trabzonspor" 5 yeni oyunçu aldı
"Trabzonspor" 5 transfer üçün 24 milyon 170 min avro xərcləyib. Bunlar Pol Onuaçu (5,67 milyon), İnao Oulai (5,5), Kazim Olaigbe (5), Felipi Auqusto (5) və Vaqner Pina (3) olub.
Bu günə qədər dörd böyük klubun ümumi transfer və icarə xərcləri 252 milyon 770 min avroya çatıb. Transfer pəncərəsi 12 sentyabra qədər açıq olduğundan bu rəqəmin daha da artacağı gözlənilir.
Uğurcan tarixə düşdü
"Qalatasaray" "Trabzonspor"dan Uğurcan Çakırı 27,5 milyon avro + ƏDV qarşılığında transfer etdiyini açıqlayıb. Milli qapıçı ilə 5 illik müqavilə imzalanıb və ona ümumilikdə 650 milyon lirə ödəniləcək. Bonus və ƏDV ilə birlikdə transferin ümumi maliyyəti 36 milyon avroya çatır. Beləliklə, Uğurcan həm Türkiyə futbolunda ən bahalı yerli oyunçu, həm də dünyanın ən bahalı qapıçılarından biri olaraq tarixə düşüb.
Dünyanın ən bahalı qapıçıları:
Super Liqa tarixinin ən bahalı transferləri:
2025/26 yay sezonunda transferə ən çox pul xərcləyən klublar:

Aydın
Şərhlər