Xəbər lenti

Ekonomiks 19:12 29.01.2024

Vasif Talıbovla bağlı iş Ali Məhkəmədə

Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məhkəməsində MR-in Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla bağlı iddia üzrə kassasiya şikayətinə baxılacaq. 

Qaynarinfo xəbər verir ki, hakim iş üzrə şifahi məhkəmə baxışı təyin edib. Vasif Talıbovu məhkəməyə verən isə İsmayılov Vaqif Cəlal oğlu adlı şəxsdir. 

O, Ali Məclisin keçmiş sədri ilə yanaşı Naxçıvan Şəhər İcra Hakimiyyətinin də məhkəməyə verib. İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. 

Vasif Talıbov 1995-2022-ci illərdə Naxçıvan MR Ali Məclisinin sədri vəzifəsində çalışıb. Rəsmi məlumata görə, o, səhhəti ilə əlaqədar vəzifəsindən istefa verib.

Lakin bəzi iddialara görə, Vasif Talıbov mərkəzi hakimiyyətin siyasətinə zidd xəttə tutduğu üçün vəzifəsindən uzaqlaşdırılıb. O, istefa verdikdən sonra yaxın ətrafının da işdən çıxarılması, paralel olaraq biznes obyektlərinə nəzarəti itirməsi bu iddiaların əsassız olmadığı qənaətini yaradır.

Seyid 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->