Avqustun 1-dən Venesiyada turist qrupları ilə bağlı yeni qayda qüvvəyə minəcək. Yeni qaydalara görə, qrupların sayı 25 nəfərdən çox ola bilməz.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” məlumat
yayıb.
Yeni qaydalar nəhəng turistik məkanın həm böyük gəlir, həm də problemlər mənbəyi olan Venesiya şəhərinin tarixi mərkəzində izdihamı azaltmağa yönəlib.
Avqustun 1-dən etibarən tur qruplarının sayı 25 nəfərdən çox olmamalıdır, bələdçilərə "yerli sakinlərin rahatlığı üçün” səsgücləndiricilərdən istifadə etmək qadağandır. Bu qayda Venesiyanın tarixi mərkəzinə və Murano, Burano və Torçello adalarına şamil ediləcək.
Yeni qaydalar iyun ayında qüvvəyə minməli idi, lakin sonda son tarix avqustun əvvəlinə keçirilib. Qanunu pozanlar 25 avrodan 500 avroya qədər cərimələrə məruz qalacaqlar.
Xatırladaq ki, 2024-cü ilin yazından etibarən Venesiya eksperimental olaraq pik günlərdə şəhərə bir günlük giriş haqqını tətbiq edib. Təcrübə 29 günü əhatə edib və hazırda dayandırılıb - şəhər hakimiyyəti nəticələri təhlil edir və bunun daimi təcrübəyə çevrilib-edilməməsinə qərar verəcək.
Proqramın həyata keçirildiyi 2,5 ay ərzində təxminən 450 min turist 5 avro vergi ödəyib və bu da şəhərə təxminən 2,2 milyon avro gəlir gətirib.
Nizami Bağırov
Şərhlər