"Deyib gülə-gülə bir yaş da qocaldıq. Bir yaş qocalan insanın nə arzusu olar? İnsana ancaq sağlamlıq lazımdır".
Bunu Qaynarinfo-ya Xalq artisti Kazım Abdullayev deyib. 73 yaşlı aktyor arzularını belə ifadə edib:
"Allah məni heç kimə möhtac etməsin, canım sağ olsun. Özüm yatıb, özüm durum. Nə qədər canımda güc var, o vaxta qədər işləyəcəm"
Kazım Abdullayev hazırda Akademik Milli Dram Teatrının repertuarında olan tamaşalarda oynadığını deyib:
"Teatrdayam, hələ səhnədəyəm. Tamaşalarım var, oynayıram. Kim məni görmək istəsə teatra gələ bilər".
Bahar Rüstəmli
Şərhlər