Maqazin 14:09 17.09.2022

Yəhudilər Şəbnəm Tovuzlunun konsertinə etiraz etdi: "Gəlməsin"

Vaxtı ilə Azərbaycanda yaşayıb sonra İsrailə köçən yəhudilər müğənni Şəbnəm Tovuzlunun orada nəzərdə tutulan konsertinə etiraz edib.

Qaynarinfo xəbər verir ki, bu barədə jurnalist Lacin Səmla məlumat verib. Yəhudilər sənətçinin sözügedən konsert layihəsinə qarşı çıxıblar.
 
Onlar 77 şəhidimizin və onlarla yaralımızın olduğunu, ölkədə bütün mədəni tədbirlərin təxirə salındığını bildirərək, Şəbnəm Tovuzlunun İsrailə səfər etməməsini tələb ediblər.

Məsələ ilə əlaqədar müğənni Şəbnəm Tovuzlu ilə əlaqə saxladıq. Sənətçinin köməkçisi sözü gedən konsert layihəsinin təxirə salınması ilə bağlı danışıqların getdiyini bildirdi.

Bahar Rüstəmli