Xəbər lenti

Yüksəlişin finalçısına vəzifə verildi
Ekonomiks11:16 17.06.2025

Yüksəlişin finalçısına vəzifə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"PAŞA Sığorta” ASC-də yeni təyinat olub.
Valyuta.az-ın əldə etdiyi məlumata görə, Eldar Eyvazov sığorta şirkətinin Əməliyyat Risklərinin İdarəedilməsi Departamentinə rəhbər təyin edilib. O, bu vəzifəsinə qədər, "Paşa sığorta"da Əməliyyat Risklərinin İdarəedilməsi üzrə Baş Mütəxəssis vəzifəsində çalışıb.
Bundan başqa o,  İxracın və İnvestisiyaların Təşviqi Agentliyində (AZPROMO) İxracın təşviqi departamentinin direktor müavini, "Azərsun Holdinq” MMC, "AccessBank", "Bank Respublika"da müxtəlif vəzifələrdə çalışıb.
Qeyd edək ki, o, Yüksəliş Müsabiqəsinin finalçısıdır.