Xəbər lenti

Ziya Hacılı: Azərbaycanda qeyri-neft sektoru yüksək səviyyədə inkişaf edir
Siyasət 12:08 05.06.2024

Ziya Hacılı: Azərbaycanda qeyri-neft sektoru yüksək səviyyədə inkişaf edir

"İslam Əməkdaşlıq Təşkilatına Şuşanı 2024-cü ilin Gənclər Paytaxtı seçdiyi üçün təşəkkür edirəm”.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Sahibkarlar Təşkilatları Milli Konfederasiyası prezidentinin müşaviri Ziya Hacılı "Şuşa - İslam Əməkdaşlıq Təşkilatının Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramı çərçivəsində təşkil olunan NexGen: Sosial İnnovasiyalar Forumundakı çıxışı zamanı deyib. O, son 30 ildə Azərbaycanın neft ixrac ilə tanındığını bildirib: "Dövlətin son dövrlərdəki səyi nəticəsində yeni iş yerləri açıldı. Bu proses işsizliyin qarşısını alır. Burada sahibkarların fəaliyyəti də önəmlidir. Hazırda ölkəmizdə qeyri-neft sektoru yüksək səviyyədə inkişaf edir”.
 


Gənclər və idman nazirinin müavini İndira Hacıyeva da Şuşa şəhərinin gələcəyinin parlaq olduğunu söyləyib: "Bu şəhərin düşməndən azad edilməsində gənclərin rolu böyükdür. Düşünürəm ki, Şuşa təkcə silah gücü ilə deyil, zəka hesabına azad olunub”.

 

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->