Xəbər lenti

İdman 15:56 12.03.2024

Zlatan İbrahimoviç dünya kubokunun rəhbəri olacaq

İsveçli keçmiş hücumçu  Zlatan İbrahimoviç "Krallar Dünya Kuboku”nun ilk buraxılışına rəhbərlik edəcək. 

Qaynarinfo-nun məlumatına görə, bir neçə gün əvvəl "Krallar Liqası” tarixində 32-yə qədər komandanın olacağı ilk Dünya Kubokunun keçiriləcəyi elan edilmişdi. Yarışdakı komandalardan 20-si İspaniya və Amerikanı təmsil edəcək. Bununla yanaşı digər tanınmış futbol ölkələrindən də qonaqlar olacaq. 

Ölkəsinin ən yaxşı futbolçularından biri olan Zlatan peşəkar futbolla vidalaşdıqdan bir il sonra "Barselona”dan keçmiş komanda yoldaşı Jerar Pike ilə yeni layihə üzərində işləyir. "Krallar Liqası” tarixində ilk Dünya Kuboku 2024-cü il mayın 26-dan iyunun səkkizinədək Meksikada baş tutacaq. 

"Barselona”, PSJ və "Milan”ın sabiq hücumçusu keçən il karyerasını bitrmişdi. İbrahimoviç, karyerası ərzində klub səviyyəsində 500-dən çox qola müəlliflik edib, 32 titul qazanıb. 

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->