Xəbər lenti

ABŞ səfirliyinin əməkdaşı viski və siqaret qutularında narkotik keçirməyə cəhd edib
Dünya 18:00 07.08.2025

ABŞ səfirliyinin əməkdaşı viski və siqaret qutularında narkotik keçirməyə cəhd edib

ABŞ-ın Dominikan Respublikasındakı səfirliyinin əməkdaşı Nyu-Yorka narkotik maddə - kokain keçirməyə cəhd etməkdə ittiham olunur. O, narkotikləri "Johnny Walker" viski şüşələrində, "Marlboro" siqaret bloklarında və "Choco-Pie" şirniyyat qutularında gizlədərək gömrükdən keçirməyə çalışıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Post" yazır.

Məlumata görə, söhbət Xayro Eliyezer Arias Kaseres adlı şəxsən gedir. O, Dominikan Respublikasından Nyu-Yorka ekstradisiya olunub və ABŞ-a kokain idxalı məqsədilə cinayətkar sövdələşmədə iştirak etməkdə rəsmi olaraq ittiham edilib.

İstintaq sənədlərində bildirilir ki, Kaseres bu narkotik qaçaqmalçılığı sxemini 2023-cü ilin aprelindən dekabrına qədər həyata keçirib. O, ABŞ-ın Santo Dominqodakı səfirliyində 7 il ərzində təhlükəsizlik xidməti əməkdaşı kimi çalışıb.

ABŞ prokuroru Cey Kleytanın açıqlamasına görə, Kaseres diplomatik nümayəndələri və səfirlik işçilərini qorumağa borclu olduğu halda, əksinə, insanları qeyri-qanuni narkotik maddələrlə təhlükə altına atıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->