XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Afrika ölkəsində güclü qar yağdı
Dünya18:01 10.08.2026

Afrika ölkəsində güclü qar yağdı

Cənubi Afrika Respublikasının (CAR) bir sıra rayonlarına qar yağıb. Bu, yolların bağlanmasına və avtomobil sürücüləri üçün problemlərə səbəb olub.

Qaynarinfo xəbər verir ki, məlumatı SABC tele-radio şirkəti yayıb.

Əyalətin nəqliyyat departamentinin nümayəndəsi Unati Binkose bildirib ki, bir neçə avtomobil qarda ilişib və insanlar nəqliyyat vasitələrindən çıxa bilmirlər.

“Əyalətin bir sıra yüksək dağlıq ərazilərində qar yağışı hələ də problemlər yaratdığı üçün digər dağ keçidlərində vəziyyəti də izləyirik”, deyə o bildirib.

Binkose əlavə edib ki, operativ xidmətlərin əməkdaşları yerli sakinlərə kömək göstərirlər.

Aydın