Xəbər lenti

Aİ BCM-nin prokuror və hakimlərinə qarşı cinayət işini qəbuledilməz adlandırdı
Dünya 09:06 23.05.2023

Aİ BCM-nin prokuror və hakimlərinə qarşı cinayət işini qəbuledilməz adlandırdı

Avropa İttifaqı Rusiya hakimiyyətinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) prokuroru və üç hakiminə qarşı cinayət işi başlamaq qərarını pisləyir. 

Qaynarinfo xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Cosep Borrellin bəyanatında deyilir.

O, əmin edib ki, Aİ ölkələri BCM-ni "müstəqil və qərəzsiz məhkəmə” kimi dəstəkləyir.

"Rusiyanın BCM-ə qarşı istənilən hərəkəti və Ukrayna ilə bağlı beynəlxalq araşdırmalarda iştirak edənləri qorxutmaq cəhdləri siyasi motivli, əsassız, ədalətsiz və qəbuledilməzdir", deyə bəyanatda qeyd edilir.

Xatırladaq ki, martın 20-də Rusiya İstintaq komitəsi BCM-nin prokuroru Kərim Əhməd Xana (Böyük Britaniya), habelə hakimlər Tomoko Akane (Yaponiya), Rosario Salvatore Aytala (İtaliya) və Serxio Qerardo Ugalde Qodineze (Kosta-Rika) qarşı cinayət işi açıb. Onlar Rusiya prezidenti Vladimir Putin və Uşaq hüquqları üzrə müvəkkili Mariya Lvova-Belovanın uşaqların Ukrayna ərazilərindən "qeyri-qanuni deportasiyası”na görə həbs edilməsinə dair BCM-nin İstintaq Palatasının qərarında iştirak edirlər.

Mayın 21-də İstintaq komitəsi Rosario Salvatore Aytala və Kərim Əhməd Xana qiyabi ittiham irəli sürüb. Sonuncu Rusiya Daxili İşlər Nazirliyi tərəfindən axtarışa verilib. BCM rəhbərliyi Rusiya istintaqının qərarını qəbuledilməz hesab edib.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->