Xəbər lenti

İdman 12:30 08.06.2022

Azərbaycan boksçuları Tacikistan yığması ilə sınaq döyüşləri keçirib

Yeniyetmə boksçulardan ibarət Tacikistan millisi Azərbaycanda səfərdədir.
 
Qaynarinfo xəbər verir ki, qonaqlar Bakı Boks Mərkəzində yığma komandamızla birgə hazırlıq keçirlər. Tacikistan boksçuları məşq çərçivəsində Azərbaycan millisinin üzvləri ilə sınaq döyüşlərində də güclərini yoxlayıblar.

Tacikistan yığmasının baş məşqçisi Xurşid Abdulloev ölkəmizdə onlara göstərilən qonaqpərvərlikdən razı qaldığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycana səfər və buradakı yoldaşlıq döyüşləri komandasında yer alan yeniyetmə boksçulara təcrübə baxımından çox faydalı olacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->