Maqazin 13:35 17.11.2022

Azərbaycanlı müğənniyə görə yolları bağlayacaqlar

Noyabrın 19-da Nijni Novqorodda Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coninin (Cahid Hüseynli) konserti olacaq.

İfaçı 5600 nəfərlik idman sarayında solo proqramla çıxış edəcək. Konsertə biletlərin qiyməti isə 2600 rubldan (72 AZN-dən) başlayır.

Bildirilib ki, həmin gün konsertlə əlaqədar idman sarayının yaxınlığında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə xəbər Nijni Novqorod şəhər administrasiyasının rəsmi saytında verilən sərəncamda yazılıb. Müəyyən ərazidə və yolda nəqliyyatın, eyni zamanda dayanacağın qadağan ediləcəyi qeyd olunub. //axşam.az