Video 17:31 30.10.2020

Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" məhv edildi (VİDEO)

Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd "Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.

Bu barədə Qaynarinfo-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Oktyabrın 30-u saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd "Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.