Xəbər lenti

Britaniyada
Dünya 23:02 30.11.2024

Britaniyada "taxt oyunları": Kral və şahzadə üz-üzə...

Britaniya kralı III Çarlz və oğlu, şahzadə Uilyam arasında gərginlik yaşanır. Ailəyə yaxın mənbələr şahzadənin taxta hazırlıq gördüyünü bildirir. Lakin Kral Çarlz hakimiyyətini asanlıqla təslim etmək fikrində deyil.

Qaynarinfo xəbər verir ki, 2024 kraliyyət ailəsi üçün çətin il olub. Şahzadə Uilyam həm atasına, həm də həyat yoldaşı şahzadə Keyt Middletona xərçəng diaqnozu qoyulması ilə iki ağır ailəvi sınaqla üzləşib. 42 yaşlı Uilyam bu çətinliklərə baxmayaraq soyuqqanlılığını qoruyaraq güclü duruş nümayiş etdirib. 76 yaşlı Çarlz isə bu çətinliklərdə oğluna böyük minnətdarlıq hissi bəsləyir.

Buna baxmayaraq, kral və vəliəhd arasındakı münasibətlər son zamanlar daha mürəkkəb xarakter alıb. Taxt məsələsində yaranan gərginlik ailədaxili qarşıdurmalara səbəb olur.
 


Şahzadə Uilyam taxta hazırlaşır

Ailəyə yaxın mənbələrin "Us Weekly" jurnalına verdiyi açıqlamaya görə, kral və şahzadə arasında "tarazlıq dəyişib". Digər bir mənbə isə bildirib ki, Çarlz illərlə bu vəzifəyə hazırlaşıb və indi bu mövqeni əldən vermək niyyətində deyil.

Eyni zamanda, Çarlzın sağlamlıq problemlərinə baxmayaraq, monarx kimi fəaliyyətini davam etdirmək və dinamizmini qorumaq istədiyi vurğulanıb. Mənbələr bildirir ki, Uilyam səhnə arxasında öz taxt dövrü üçün hazırlıqlarını davam etdirir və kral rolunu çox ciddi qəbul edir.
 


Kral və oğul arasında çəkişmə

Taxt varisliyi məsələsi ailə daxilində həssas mövzu olaraq qalır. Ailəyə yaxın mənbələr Uilyamın konstitusiya məsələləri, dövlət idarəçiliyi və taxtın keçidi ilə bağlı məlumatlandırıldığını qeyd edir. Əslində bu tip məlumatlandırmalar adətən yalnız kral üçün edilir.

Fərqli yanaşmalar

Varislik müzakirələri, Uilyam və Çarlzın monarxiyaya yanaşmalarında kəskin fərqlilikləri də üzə çıxarıb. Uilyamın gənc və enerjili bir hökmdar olmağa hazırlaşdığı deyilir. O, himayə proqramlarını azaldaraq, ətraf mühit, ruhi sağlamlıq və evsizlik kimi sosial problemlərə daha çox diqqət yetirmək niyyətindədir.

Çarlz isə öz irsini möhkəmləndirmək və davamlı təsir yaratmaq üçün çalışır. Bununla belə, onun adı ilə buraxılan yeni pullar hələ dövriyyəyə daxil olmayıb.
 


Qısqanclıq və nəsil fərqi

Ailəyə yaxın mənbələr, Uilyamın populyarlığının Çarlzda müəyyən qısqanclıq yaratdığını bildirir. Şahzadə Diana ilə müqayisə edilən Uilyamın ictimai nüfuzu ailədaxili rəqabətə səbəb olub. Çarlz və Uilyam iş məsələlərində rəqib hesab edilir, baxmayaraq ki, onların şəxsi münasibətləri yaxın kimi təsvir edilir.
 


İş üslubları

Çarlzın işkolik olduğu və bəzən müalicələrini belə işlərinə görə təxirə saldığı qeyd edilir. Uilyam isə ailəsini hər şeydən üstün tutur və şəxsi həyatı ilə iş arasında sərt sərhədlər qoyur.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->